Atlantada keçirilən G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə Avropa ölkələrinin nümayəndələri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə şəkil çəkdirməkdən imtina ediblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib.
Onun sözlərinə görə, bu mövqe Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü ilə bağlıdır.
Vadeful qeyd edib ki, avropalı iştirakçıların mövqeyi səbəbindən görüşün ənənəvi ümumi fotosu, çox güman, çəkilməyəcək.
“Rusiya ilə normal münasibətlər yoxdur”, – Almaniyanın xarici işlər naziri vurğulayıb.
Qeyd edək ki, G20 ölkələrinin xarici işlər nazirlərinin Atlantadakı görüşü oktyabrın 30-da başlayıb.











