“Həzi Aslanov” metrostansiyasında təmir yekunlaşıb

  • Müəllif: Orxan
  • 23 Oktyabr 2026 10:57

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasında dalanın yenidən qurulması yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzrə həyata keçirilib.

Əvvəlki mərhələlərdə təmir-bərpa işləri tamamlanıb, yan divarlar və döşəmə boyunca məhlulvurma-hamarlama prosesi icra olunub. Həmçinin döşəmə, divar və tavan hissələrdə gücləndirmə tədbirləri görülüb. Orta yolların arakəsmə divarları tam yenidən inşa edilib. (modern.az)

Gununsesi.info