YAP Gürcüstanda keçiriləcək seçkilərdə kimi dəstəkləyir?! - SORĞU

26 oktyabr Gürcüstanda Prezident seçkiləri keçiriləcək və hazırda da hakim partiya olan “Gürcü arzusu” partiyası ilə müxalifət partiyası arasında ciddi rəqabət gedir. Sözügedən seçkilər Azərbaycan və dünya mətbuatında da geniş müzakirələrə səbəb olub.

Bəs bizim Yeni Azərbaycan Partiyasından olan deputatlarımız necə düşünür?

Gununsesi.info YAP-çı deputatlardan seçkilərlə bağlı münasibət öyrənib.

“Mən əvvəla onu demək istəyirəm ki, Gürcüstanda 26 oktyabr seçkilərinə qiymət verərkən, burada xalqın mövqeyi əsas sayılmalıdır. Xalq hansı siyasi partiyaya etimad göstərəcəksə, biz də o seçimə hörmətlə yanaşmalıyıq.”

Bu sözləri saytımıza açıqlamasında YAP-dan olan Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, bildirib ki, “amma son nəticələrə görə, “Gürcü arzusu”, yəni ki, hakim partiya seçkilərin favoritidir. Təxminən 60 faizə yaxın respandetlər məhz bu partiyaya səs verəcəklərini bildiriblər. Müxalif partiyası olan “Birlik Milli Hərəkat Partiyası” isə 13 faizdən bir qədər çox səs toplayacağı proqnozlaşdırılır. Mənim öz mövqeyimə qalanda isə hakim partiyanın qalib gəlməyini daha düzgün hesab edirəm. Ona görə ki, bu partiya müstəqil siyasət həyata keçirir, Qərbin təzyiqlərinə boyun əymir. Fərqindəyik ki, seçkilər günü Gürcüstanı parçalamaq, oranı ikinci Ukrayna, Suriyaya çevirmək istəyirlər. Bunun da qarşısında “Gürcü arzusu” partiyası dayanıb.”,- deyə Elman Nəsirov qeyd edib.

YAP-dan olan digər bir deputat Elnarə Akimova da Gürcüstandakı seçkilərlə bağlı mövqeyini bu cür bildirib:

“Hazırda iqtidarda olan “Gürcü arzusu” partiyasını regionun maraqları baxımından dəstəkləyirəm. Seçim təbii ki, gürcü xalqının olacaq.”

Digər bir YAP-çı xanım deputat Ülviyyə Həmzəyeva da kolleqaları ilə həmfikirdir:

Gürcüstanda Parlament seçkilərinə artıq sayılı günlər qalır. Düşünürəm, Gürcüstandakı mövcud hakimiyyət bu dəfə də üstünlüyünü qoruyub saxlayacaq.”

Xanım deputat onu da vurğulayıb ki, “Fikrimcə, seçkilərin nəticələrindən və hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq, Gürcüstan üçtərəfli formatda – Gürcüstan, Azərbaycan və Türkiyə, əməkdaşlığını gücləndirməli və davam etdirməlidir. Bu həmçinin Gürcüstan üçün yarana biləcək təhdidlərin qarşısının alınmasında ona köməklik göstərə bilər və bildiyiniz kimi, Gürcüstanda qarşıdan gələn parlament seçkiləri artıq “geosiyasi seçkilər” kimi xarakterizə olunur və bu parlament seçkiləri təkcə  Gürcüstanın daxili siyasi sistemi üçün deyil, həm də ölkənin xarici siyasətində mühüm bir mərhələ olacaq.”,- deyə H.Ülviyyə bildirib. 

Yeni Azərbaycan Partiyasının deputatı, Azərbaycan-Gürcüstan parlamentlər arası işçi qrupunun üzvü Vüqar İskəndərov da fikirlərini bu cür əsaslandırıb:

 

O, bildirir ki, hansı partiya Gürcüstanın milli maraqları, onun gələcəyi üçün işlər görürsə, onu da dəstəkləməliyik.

Mən Azərbaycan-Gürcüstan parlamentlər arası işçi qrupunun üzvüyəm və dəfələrlə Gürcüstan səfərdə olmuşuq. O cümlədən Gürcüstanın Parlament qrupu da ölkəmizdə rəsmi və qeyri-rəsmi tədnirlərdə iştirak edib. Gürcüstan və Azərbaycan çox yaxın qonşudur, dostluq əlaqələrimiz də var. Təbii olaraq, Gürcüstan xalqının seçiminə hörmət edirik. Düşünürəm ki, hansı partiya Gürcüstanın milli maraqlarını, dövlət maraqlarını əldə rəhbər tutursa, Gürcüstan xalqının gələcəyini, dövlətin daha da möhkəmlənməsini istəyirsə, işlər görürsə, onu da dəstəkləyirik. hesab edirəm, “Gürcü arzusu” partiyası həmin məsələləri doğru-düzgün tənzimləyir. Son zamanlar onlara olan təzyiqlər də onu göstərir ki, daha çox milli maraqları öndə tuturlar, bu cür siyasət yürüdürlər. Bütün hallarda xalqın seçimi vacibdir. Gürcü xalqına sabitlik, əmin-amanlıq arzu edirəm.”

Sorğu ünvanladığımız YAP-dan olan daha bir deputat Naqif Həmzəyev“Gürcü arzusu” partiyasını dəstəklədiyini bildirib:

Azərbaycan üçün ən önəmlisi və xeyirlisi odur ki, Gürcüstanda stabil və həmişə Azərbaycanla xoş münasibətlər quracaq hökümət olsun. Hal-hazırda olan hökümət Azərbaycanın bütün maraqlarına uyğundur və hərtərəfli münasibətlərimizin inkişafı üçün də potensialı düzgün dəyərləndirir. O cümlədən Azərbaycan dəyərlərinə hörmətlə yanaşır. Eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının qorunması və sosial rifahın yaxşılaşdırılması üçün də layihələr həyata keçirir. Bu baxımdan, təbii ki, şəxsi fikrimdir. Mən istəyərdim, “Gürcü arzusu” partiyası seçkilərdə qalib olsun. 

Orxan Saffari

Gununsesi.info