
İsrail Xarici İşlər Nazirliyi (XİN) Qəzza zolağında və Livanda avadanlığı istifadə edilən İsrail şirkətlərinin silah sərgisinə buraxılmamasına görə Fransaya qarşı tədbir görəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats X sosial şəbəkəsində məlumat verib.
“Mən İsrail Xarici İşlər Nazirliyindən Fransa prezidenti Emmanuel Makronun İsrail şirkətlərinin gələn ay Parisdə keçiriləcək Euronaval sərgisində öz məhsullarını nümayiş etdirməsini qadağan edən qərarına qarşı hüquqi və diplomatik tədbir görməsini xahiş etdim”– deyə Katz bildirib.
Nazir Fransa hakimiyyətinin qərarını dost dövlətlərə münasibətdə qəbuledilməz olan “antidemokratik tədbirlər” adlandırıb. Katz Makronu İsrail şirkətlərinə sərgidə iştirak etmək üçün qoyulan şərtləri ləğv etməyə çağırıb.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin fərmanı ilə İsrailin yaradılması ilə bağlı söylədiyi sözlərdən sonra Fransa liderini hörmətsizlikdə və cəhalətdə ittiham etmişdi.