
Füzulidə maşın piyadanı vurub.
Gununsesi.info xəbər verir ki, hadisə dünən saat 21 radələrində Horadiz şəhəri H.Əliyev prospektində baş verib.
Belə ki, Rövşən Həziyev idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə yolu keçmək istəyən İlqar Məmmədovu vurub.
İ.Məmmədov xəstəxanaya çatdırılsa da, müalicə olunduğu Füzuli rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Gununsesi.info