
İsrailin İrana qarşı hər hansı hücumu “qırmızı xətt” hesab olunacaq və buna bərabər cavab verilməyəcək.
Gununsesi.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı Türkiyənin NTV telekanalına müsahibəsində deyib.
“İsrail bizə hücum edərsə, cavab verməyə tam hazırıq. Biz buna uyğun cavab verəcəyik, lakin ümid edirik ki, İsrail bizim hazırlığımızı sınamayacaq. İrana qarşı istənilən hücum bizim üçün qırmızı xəttdir”-deyə o vurğulayıb.
Nazir zərbə olacağı təqdirdə İsrailin İrandan simmetrik cavab alacağını vurğulayıb. Əraqçi xəbərdarlıq edib ki, Tehran cavab hücumunu gecikdirməyəcək, “lakin tələsməyəcək də”.
Bundan əvvəl Abbas Əraqçi bildirib ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın sıradan çıxarılması təşkilatın fəaliyyətini dayandırmayacaq, əksinə, fələstinlilərin əzmini və motivasiyasını gücləndirəcək.
O, həmçinin qeyd edib ki, İsrail ABŞ-ın köməyi olmadan mövcud ola bilməz və onun dəstəyi olmadan “Qəzza və Livanda cinayət törətmək” iqtidarında deyil.
Şəbnəm