
İndi ABŞ-da seçki kampaniyasının yekun mərhələsi çərçivəsində çoxlu qızğın və emosional bəyanatlar səslənir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, indi ABŞ-da seçki kampaniyasının bir hissəsi olaraq, xüsusən də son mərhələsində çoxlu müxtəlif qızğın və çox emosional bəyanatlar var” – deyə Peskov vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp Putini Ukraynaya hücum olacağı təqdirdə Moskvanın mərkəzinə zərbə endirəcəyi ilə hədələmişdir.