
“Rusiyaya qayıtsam, prezidentliyə namizədliyimi verəcəyəm. Lakin Putin hakimiyyətdə olduğu müddətcə bunu etmək təəssüf ki, mümkün deyil”.
Gununsesi.info xəbər verir ki, bunu BBC News-a müsahibəsində Rusiya müxalifətinin lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya bildirib.
O, xatırladıb ki, həbs olunacağından qorxaraq, Rusiyaya ərinin dəfn mərasiminə belə gələ bilməyib.
O, həmçinin qeyd edib ki, ekstremist təşkilatda iştirak ittihamı ilə qiyabi həbs olunduğu üçün indiki hökumət dövründə Rusiyaya gəlmək imkanı yoxdur.
Bundan əlavə, Navalnaya beynəlxalq axtarışa verilib. Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Müddət Navalnayanın Rusiya ərazisinə ekstradisiya edildiyi andan və ya ölkədə saxlandığı andan hesablanacaq.
Onun vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti verməyə çalışıb və Navalnaya barəsində həbs-qətimkan tədbirinin seçilməsindən apellyasiya şikayəti verib.
Lakin məhkəmə şikayəti ləğv edərək hökmü qüvvədə saxlayıb.
Şəbnəm