Bakıda maşın velosipedçini vurub

  • By Günel
  • 21 Oktyabr 2024 09:41

Bakıda maşın velosipedçini vurub.

Gununsesi.info xəbər verir ki, hadisə dünən saat 18:00 radələrində Xəzər rayonunda baş verib.

Belə ki, Həsənli İlkin Şəmsi oğlu avtomobillə Pirallahı-Qala şosesində şəhər istiqamətində hərəkətdə olarkən yolda hərəkətdə olan velosipedçi Əmirov Zaman Hüseyn oğlunu vurub.

Zaman Əmirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırılma aparılır.

Gununsesi.info