19 yaşlı qız qəfil vəfat etdi

Lənkəranda 19 yaşlı qız qəflətən ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə dünən saat 11 radələrində rayonun Tatoba kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü Elnurə Qurbanova yaşadığı evdə qəflətən halı pisləşərək vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info