Ukraynaya milyon dollarlıq yeni yardım paketi ayrılır

Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə səfəri zamanı Ukraynaya 400 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “European Pravda”  xəbər verir.

Ostin yeni yardım paketini Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə açıqlayıb: “Co Baydenin rəhbərliyi altında ABŞ Ukraynaya bu dəstəyi artırmağa davam edir. Bu gün mən prezidentə Ukrayna üçün sursat, hərbi texnika və silahlar üçün 400 milyon dollarlıq yardım paketinin ayrıldığını elan etmək istəyirəm”.

Qeyd edək ki, bu gün Ostin elan olunmamış səfər üçün Kiyevə gəlib.

Həmçinin bildirilib ki, ABŞ Ukraynaya G7 krediti çərçivəsində 20 milyard dollara qədər vəsait verməyə hazırdır və bu kredit dondurulmuş Rusiyanın aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək.

 

 

Şəbnəm

Gununsesi.info