İran dünyanın diqqətini “İsrailin cinayətlərinə” cəlb edəcək

İran prezidenti Məsud Pezeşkian və respublikanın xarici işlər naziri Abbas Əraqçi Kazanda keçirilən BRİKS sammitində digər ölkələrdən olan həmkarları ilə “İsrail təhlükəsi”ni müzakirə etmək niyyətindədirlər.

Gununsesi.info  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi IRIB telekanalının yayımladığı brifinqdə bildirib.

“BRİKS sammiti üçün Kazana səfərə gəlincə, biz diplomatik məsləhətləşmələr aparmaq və beynəlxalq ictimaiyyətin diqqətini sionist rejimin cinayətlərinin davam etdirilməsi ilə bağlı təhdidlərə cəlb etmək üçün sammitdə iştirakdan yararlanmaq niyyətindəyik”– deyə Bəqayi bildirib.

Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-24-də Kazanda baş tutacaq.

 

 

Günay

Gununsesi.info