Yunanıstan Baltikyanı hava məkanını qorumaq missiyasında iştirakdan imtina edib

Yunanıstan Estoniya, Latviya və Litvanın NATO-nun hava polisi missiyasına qoşulmaq üçün döyüş təyyarələrinin göndərilməsi ilə bağlı müraciətini Balkanlarda davam edən öhdəliklərini əsas gətirərək rədd edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Avropa həqiqəti” məlumat yayıb.

Yunanıstan qəzeti xəbər verir ki, Baltikyanı ölkələr bu ölkədən hava məkanlarını qorumaq üçün F-16 döyüş təyyarələri göndərməyi xahiş ediblər.

Cavab olaraq Yunanıstan hakimiyyəti bildirib ki, onların hava qüvvələri artıq Albaniya, Monteneqro və Şimali Makedoniyanın hava məkanında patrul xidmətinə cəlb olunub və 2025-ci ildə Bolqarıstanın hava məkanının mühafizəsində iştirak etməyi planlaşdırırlar.

Qeyd edək ki, sentyabr ayında bildirilmişdi ki, il ərzində Baltik dənizi üzərində Latviya ərazi sularının xarici sərhədində Rusiya hərbi təyyarələrinin peyda olması ilə bağlı 109 fakt aşkar edilib.

Gununsesi.info