
Boeing-in baş direktoru Kelli Ortberq təyyarə istehsalını azaltmaqla şirkətdəki böhranı dayandırmaq qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məqalədə qeyd edilir ki, “Boeing” əsas olmayan və ya zəif fəaliyyət göstərən aktivlərin satışını istisna etmir. Şirkət rəhbərliyi hər bir bölmənin vəziyyəti ilə bağlı hesabatları təhlil edib və müvafiq addımları qeyd edib.
Jurnalistlər bildirib ki, keçən həftə şirkət ABŞ ordusu üçün avadanlıq istehsal edən kiçik müdafiə törəmə müəssisəsini satmaq barədə razılığa gəlib.
Nəşr qeyd edib ki, Boeing-dəki problemlər bütün sənayeyə təsir edir. Payızın əvvəlində şirkət 737, 767 və 777 nömrəli təyyarələrin sifarişlərinin azalacağı barədə xəbərdarlıq etmişdi.
Oktyabrın 10-da şirkətin baş direktoru Kelli Ortberq elan etdi ki, Boeing şirkətin çətin vəziyyətinə görə işçi qüvvəsini 10 faiz ixtisar edəcək. Onun sözlərinə görə, korporasiya “maliyyə imkanlarına və prioritetlərin daha dar diapazonuna uyğun olaraq” kadrların sayını azaltmalıdır.
Bundan əvvəl o da məlum olub ki, Amerikanın “Boeing” korporasiyası işçilərin maaşlarının artırılması ilə bağlı fikrini dəyişib.