Tarixdə bu gün hansı hadisələr baş verib?

İkinci Qarabağ savaşı, yəni, 2020-ci ilin 21 oktyabr tarixində Azərbaycan ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi və Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini Ermənistanın tapdağı altından azad etmişdir.

Bu tarixdə dünyada başqa hansı hadisələr olub?

Gəlin, nəzər salaq.

Gununsesi.info 21 oktyabr tarixində baş verən hadisələri təqdim edir:

1. 1520-ci ilin bu günü dünyaca məşhur səyyah Fernando Magellan “Magellan boğazı”nı kəşf edib.

2. 1805-ci ilin bu günü Admiral Nelson müharibədə həlak olub.

3.“Tərcümani-Ahval” qəzeti 1860-cı ilin bu günü dərc olunmağa başlayıb.

4.21 oktyabr 1935-ci ildə Adolf Hitlerin rəhbərlik etdiyi nasist Almaniyası Millətlər Cəmiyyətindən rəsmi olaraq ayrılıb.

5.1945-ci ilin bu günü Fransada qadınlar səsvermə hüququna malik olublar.

6.1999-cu ilin bu günü Çeçenistanın paytaxtı Qroznının böyük ticarət mərkəzində tərədilən raket hücumunda 110 adam həyatını itirdi, 400 nəfər yaralandı.

Orxan Saffari
Gununsesi.info