
Donald Tramp Vladimir Putini Moskvanın mərkəzinə zərbə endirməklə hədələyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Tramp “The Wall Street Journal”a deyib.
“Dedim ki, Vladimir, əgər Ukraynanın arxasınca getsən, səni elə vuracam ki, heç inanmayacaqsan. Mən səni düz lənətə gəlmiş Moskvanın ortasında vuracam”. Mən dedim ki, biz dostuq, mən bunu etmək istəmirəm, amma seçimim yoxdur”– deyə o vurğulayıb.
Onun sözlərinə görə, Putin olmaz cavabını verib.
Trampın sözlərinə görə, o, Rusiya prezidentinə bir daha xəbərdarlıq edib: “Çox əziyyət çəkəcəksən və mən sənin başının üstündən o lənətəgələn günbəzləri götürəcəyəm”.
Tramp bu söhbətin nə zaman olduğu barədə açıqlama verməyib. Eyni zamanda o, bir daha qeyd edib ki, onunla Putin arasında əla münasibət var: “Rusiya prezidenti bilir ki, mən dəli olmuşam”.
Bundan əvvəl Tramp donorlarla görüşlərinin birində Rusiya ordusunun Ukraynaya müdaxiləsinə cavab olaraq Moskvanı bombalayacağını bildirmişdi.
Şəbnəm