
X, süni intellekt modellərini öyrətmək üçün istifadəçi məlumatlarını üçüncü tərəf “tərəfdaşları” ilə paylaşacağını açıqladı. 2024-cü il noyabrın 15-də qüvvəyə minəcək yeni məxfilik siyasəti, kənar şirkətlərin X-dən lisenziya məlumatları üçün ödəniş edə biləcəyi bir sistemə yol açır.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, “X” üçüncü tərəf “tərəfdaşları” ilə istifadəçi məlumatlarını paylaşaraq AI modellərini öyrətmək üçün yeni məxfilik siyasəti yeniləməsi edib.
Yenilənmiş siyasətə “üçüncü tərəf tərəfdaşları” adlı yeni bölmə daxildir.
Bu bölmədə istifadəçilərin parametrlərindən asılı olaraq məlumatların paylaşıla biləcəyi bildirilir.
“Əgər siz paylaşmaqdan imtina etməsəniz, bəzi hallarda məlumatı qəbul edənlər ondan X-in Məxfilik Siyasətində qeyd olunanlara əlavə olaraq, öz müstəqil məqsədləri üçün, məsələn, süni intellekt modellərini öyrətmək üçün istifadə edə bilərlər”
İstifadəçilərin məlumat mübadiləsini söndürmək imkanının olduğu vurğulansa da, bu prosesin necə həyata keçiriləcəyi ilə bağlı qeyri-müəyyənlik var.
TechCrunch-ın hesabatına görə, məlumat mübadiləsindən imtina etmək üçün idarəetmə hələ istifadəçilərin parametrlər menyusunda görünmür. Lakin bunun siyasətin qüvvəyə minməsinə qədər dəyişə biləcəyi düşünülür.
Qeyd edək ki, “X” yeni siyasətlə bağlı suallara hələ cavab verməyib.