Moldovanın demokratiya testindən keçə bilmədi

Moldova hakimiyyəti prezident seçkilərində demokratiya sınağından keçə bilməyib.

Gununsesi.info  xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.

“Moldovada seçkilər keçirildi və siz orada nə baş verdiyini gördünüz. Moldova bu seçkilərin demokratiya sınağından keçə bilmədi. Bundan əvvəl namizədlər ümumiyyətlə uydurma səbəblərdən bir-bir kənarlaşdırılırdı”– deyə o , vurğulayıb.

Qeyd edək ki, oktyabrın 20-də səhər saatlarında Moldovada respublikanın prezident seçkiləri və ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı referendumda səsvermə başlayıb.

Moldova prezidentliyinə namizəd Vasili Tarlayev bildirib ki, səsvermə zamanı qanun pozuntuları aşkar edilib.

Onun sözlərinə görə, bəzi xəstəxana və klinikalarda tibb işçiləri kütləvi şəkildə xəstələrdən bülleten toplayıblar.

Siyasətçi etiraf edib ki, bu, nəticələri saxtalaşdırmaq üçün edilib.

 

 

 

Günel

Gununsesi.info