Cins şalvarların tarixi bilirsinizmi?

Hər kəsin qarderobunda olan cins şalvarlar ən rahat geyimlərdəndir.

Bəs siz bu şalvarın yaranma tarixini bilirsinizmi?

Gununsesi.info xəbər verir ki, bu şalvarla ilk dəfə moda nümayişləri üçün deyil, qızılaxtaranların ehtiyaclarından yaranmışdır.

Beləki, 19-cu əsrin ortalarında minlərlə qızıl axtaran Kaliforniyaya yola düşmüşdü. Onlar çox ağır şərtlərdə qızıl axtarışı ilə məşğul olurdular. Bir gün bir mədənçi o dövr orada iş adamı olan Levay Ştrausdan köhnəlməyə davamlı və cırılmayan şalvar tikməyi xahiş etdi. Levay pinəçi tanışı Ceykob Devislə birgə şalvarı tikməyə başlayırlar və 1879-cu ildə ilk cins şalvarlar meydana gəlir.

Əvvəlcə işçilər və fermerlər tərəfindən geyinilsə də, 1950-ci illərdə Ceyms Din və Marlon Brando kimi aktyorlar bunu geyimdi və sonradan bu şalvarlar dəb halını aldı.

Orxan Saffari

Gununsesi.info