
Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyanın birgə təşkilatçılığı ilə KROS Qaçışı üzrə payız ölkə çempionatı keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, Göygöl rayonunda təşkil olunan çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyanın prezidenti, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, keçirilən çempionatda Bakı, Balakən, Bərdə, Gəncə, Gədəbəy, İsmayıllı, Quba , Şamaxı, Naftalan, Naxçıvan, Xaçmaz və Xızıdan iştirakçılar var.
Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan danışan Cavid Qurbanov buna görə ölkə başçısına təşəkkür edib.
Üzünü gənclərə tutan Federasiya prezidenti onları sağlam həyata-idmana səsləyib.