Senator Kral Çarlza: Sən mənim kralım deyilsən!

Avstraliyanın aborigen əsilli senatoru Lidiya Torp Avstraliyaya səfər edən İngiltərə kralı III Çarlzın parlamentdəki çıxışına etiraz edib.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, Lidiya Torp etiraz edərək bu sözləri deyib:

Bura sənin torpağın deyil, sən mənim kralım deyilsən.”

Britaniya kralı Çarlzın parlamentdəki çıxışını yarımçıq kəsən senator parlamentdən uzaqlaşdırılıb.

Avstraliya mətbuatında çıxan xəbərlərə görə, Kral Çarlz ölkədəki təmaslarının ikinci günündə paytaxt Kanberrada ölkənin baş naziri Entoni Albanese və müxalif Liberal Partiyasının lideri Peter Dutton tərəfindən qarşılanıb.

Daha sonra Kral Çarlz Avstraliya parlamentində çıxış edib. O, Avstraliyadakı tələbəlik illərindən, ölkənin iqlim dəyişikliyinə qarşı həssaslığından və Birinci Millətlər Təşkilatının yerli əhalisindən danışıb.

Kral Çarlz çıxışını bitirdikdən sonra kürsüdən çıxarkən aborigen senator Lidiya Torp platformaya yaxınlaşaraq bura sizin torpağınız deyil deyib:

“Sən mənim şahım deyilsən. Sən bizim padşahımız deyilsən. Bizə torpaqlarımızı geri verin. Bizdən oğurladıqlarını geri ver. Torpaqlarımızı məhv etdin. Biz bu ölkədə müqavilə istəyirik. Sən soyqırımçısan. Sən bu torpaqların qanuni hökmdarı deyilsən”.

Gununsesi.info