Çin ABŞ və Kanadanı ittiham edib

ABŞ və Kanada dəniz qüvvələrini Tayvan boğazından keçmək üçün göndərməklə sülh və sabitliyi pozurlar.

Gununsesi.info xəbər verir ki, bunu Çin Xalq Azadlıq Ordusunun (AXO) döyüş komandanlığının Şərq zonası üzrə rəsmi nümayəndəsi Li Si deyib.

“ABŞ və Kanadanın hərəkətləri xaos yaradır və Tayvan boğazında sülh və sabitliyi pozur. Komandanlığın hərbi qüvvələri daim yüksək döyüş hazırlığı vəziyyətindədir və milli suverenliyi qətiyyətlə müdafiə edir”, – deyə Çin silahlı qüvvələrinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, PLA Vaşinqton və Ottavanın hərəkətlərinə cavab olaraq öz donanmasını Amerika və Kanada gəmilərinin fəaliyyətinə nəzarət etmək üçün göndərib.

İyunun 26-da Çin Xalq Respublikası Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin rəsmi nümayəndəsi Çju Fenqlian bildirib ki, Birləşmiş Ştatlar hərbi münaqişəni alovlandırmaq və Tayvan boğazında “insansız cəhənnəm” yaratmaq niyyətindədir.

 

 

Günay

Gununsesi.info