Kanadada vətəndaşlıq haqqında qanuna dəyişiklik olunub

  • By Admin2
  • 06 İyun 2025 10:42

Kanadada vətəndaşlıq haqqında qanuna dəyişiklik olunub.

Gununsesi.info xəbər verir ki, bu gün təqdim olunan yeni qanun layihəsi – Bill C-3 (Vətəndaşlıq Aktına düzəliş haqqında Qanun) – vətəndaşlığın irsi qaydada ötürülməsi hüququnu birinci nəsildən sonrakılara da şamil edəcək.

Hazırda qüvvədə olan qanuna əsasən, Kanadadan kənarda doğulan Kanada vətəndaşının (sonradan vətəndaşlıq alan) uşağı da xaricdə dünyaya gəlibsə, ona Kanada vətəndaşlığını ötürə bilmir.

Yeni qanun layihəsinə görə, valideynin övladı doğulmazdan əvvəl Kanadada fiziki olaraq azı 1095 gün (yəni üç il) yaşamış olması şərti ilə, ikinci və daha sonrakı nəsillər də avtomatik olaraq Kanada vətəndaşlığı əldə edə biləcəklər.

Federal hökumətin yaydığı məlumatda deyilir ki, əgər bu qanun layihəsi parlamentin hər iki palatası tərəfindən qəbul olunarsa və Krallığın razılığı alınarsa, dəyişikliklərin tezliklə qüvvəyə minməsi üçün işlərə başlanılacaq.

Gununsesi.info