Türkan Şoraya fəxri doktor adı verilib…

Türk kinosunun ulduzu Türkan Şoraya KKTC-də “fəxri doktor” adı verilib.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Yeşilçamın ulduz aktrisası Türkan Şoraya Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Girne Amerikan Universiteti (GAU) tərəfindən “fəxri doktor” adı verilib.

2024-2025-ci tədris ilinin başlanması münasibətilə GAU-nun Girne şəhərindəki kampusunda mərasim keçirilib. Mərasimə KKTC Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu, universitet rəsmiləri və tələbələri ilə yanaşı, Türkiyədən “xüsusi qonaq” kimi gələn “Yeşilçam sultanı” kimi tanınan kinoaktrisa Türkan Şoray da iştirak edib.

Proqram birdəqiqəlik sükutla və Dövlət Himninin oxunması ilə başlayıb və GAU-nun 40 illik yubileyi üçün hazırlanmış videoçarx nümayiş olunub.

Orxan Saffari

Gununsesi.info