
Texas hakimi ölüm hökmünün icrasına iki saatdan az qalmış bir vaxtda ABŞ-da “sarsılmış körpə sindromu” ilə bağlı qətl ittihamı ilə edam cəzasına məhkum edilən ilk adamın edamını əngəlləyib.
Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, 57 yaşlı Robert Roberson 2003-cü ildə iki yaşlı qızı Nikki Kertisin ölümünə görə ölüm cəzasına məhkum edilmişdi.
Roberson, vəkilləri və tərəfdarları uzun müddətdir ki, uşağın sətəlcəmdən yaranan ağırlaşmalardan öldüyünü iddia edirlər.
Prokurorlar isə təkid ediblər ki, yeni sübutlar uşağın atasının vurduğu xəsarətlərdən öldüyünə dair iddialarını təkzib etmir.
Qeyd edək ki, Roberson cümə axşamı yerli vaxtla saat 18:00-da (GMT 23:00) edam edilməli idi.
Orxan Saffari