Rusiyada yük gəmisi aşdı - 2 ölü

Rusiyanın Saxalin adasında yük gəmisi aşıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, hadisə Korsakov limanında qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.

Ümumilikdə gəminin göyərtəsində 7 ekipaj üzvü olub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

 

Gununsesi.info