
İsrailin hücumları nəticəsində aradan qaldırılan HƏMAS rəhbəri Yəhya Sinvar Yaxın Şərqdə atəşkəsin yaradılmasına maneə olub.
Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrel X sosial şəbəkəsində çıxış edib.
“O (Sinvar) atəşkəsin yaradılmasına maneə idi” – deyə Borrel bildirib.
Josep Borrell Sinvarın Aİ-nin terrorçu siyahısında olduğunu da xatırladıb.
Qeyd edək ki, bir gün əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında keçirdiyi əməliyyat nəticəsində Sinvarın öldürüldüyünü açıqlamışdı.
İsrail hərbçiləri bu məlumatı yoxladıqlarına aydınlıq gətirib. Daha sonra Kan televiziya və radio şirkəti İsrail təhlükəsizlik sistemindəki mənbənin Qəzzada radikal Fələstin HƏMAS hərəkatının rəhbərinin ləğv olunduğunu təsdiqlədiyini bildirib.