
ABŞ ilk dəfə olaraq Çinin ruslara hazır döyüş pilotsuz təyyarələrini təhvil verdiyini müəyyən edib.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller oktyabrın 17-də keçirdiyi brifinqdə deyib.
“Bir müddət ərzində biz Çin şirkətlərinin Rusiya şirkətlərinə komponentlər tədarük etdiyini gördük, daha sonra Rusiyada Rusiyanın müharibədə istifadə edə biləcəyi avadanlıq, silah və digər komponentlərin istehsalı üçün istifadə olunur”– deyə o, vurğulayıb.
O, bütün bu sxemlərin və onlara cəlb olunan şəxslərin və kampaniyaların Amerikanın sanksiyaları siyahısına daxil edildiyini vurğulayıb.