
Həm şəxsi həyatı, həm də layihələri və musiqi hit-paradlarının zirvəsinə yüksələn mahnıları ilə adından söz etdirən Selena Qomez milyarder statusuna çatıb. Qomez bir evsizə 20 dollar verdiyi üçün tənqid mərkəzinə çevrildi.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, sosial mediada ən çox izlənən adlardan biri olan aktrisa və müğənni Selena Qomez son həftələrdə rəsmi olaraq milyarder statusuna çatıb.
Belə ki, 32 yaşlı məşhur aktyor evsizə 20 dollar verdiyi üçün tənqid olunub. O, bu pulu Nyu-Yorkda restorandan çıxarkən verib.
Onu tənqid edənlər deyiblər:
“Ən az 50 dollar verməli idi. İndiki vaxtda Nyu Yorkda 20 dollara heç nə ala bilməzsən”
Qeyd edək ki, Selenanın ümumi sərvəti 1,3 milyard dollara çatıb.
Orxan Saffari