Prezidentinin müavini xəstəxanada olarkən işdən çıxarılıb…

Keniya prezidentinin müavini xəstəxanada olarkən işdən çıxarılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Keniyalı senatorlar, vəkilinin xəstəxanaya aparıldığını söylədikdən sonra “İmpiçment məhkəməsi”ndə ifadə verməməsinə baxmayaraq, vitse-prezident Riqathi Qaçaquanın vəzifəsindən uzaqlaşdırılmasına səs verib.

Keniyanın yaxın siyasi tarixinin ən dramatik günlərindən birində Qaçaqua 11 ittiham üzrə təqsirli olmadığını bildirdikdən bir gün sonra özünü müdafiə etmək üçün Senatda çıxış etməli idi.

Lakin Qaçaqua məhkəməyə gəlməyib və vəkili müvəkkilinin sinə ağrısından əziyyət çəkdiyini, The Karen Xəstəxanasında həkimlər tərəfindən müalicə olunduğunu deyərək təxirə salınmasını istəyib.

Senatorlar məhkəməni onsuz davam etdirməyə üstünlük verdilər və bu, müdafiə qrupunun palatanı tərk etməsinə səbəb oldu.

Orxan Saffari

Gununsesi.info