BƏƏ Qəzzaya təcili humanitar yardım çatdırmaq üçün İsraillə razılaşıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) BƏƏ-dən Qəzza zolağına təcili humanitar yardımın çatdırılması üçün İsraillə razılığa gəlib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzza zolağının blokadası davam etdiyi bir vaxtda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsraillə Qəzza zolağına BƏƏ-dən təcili humanitar yardım göndərmək barədə razılığa gəlib. Bildirilib ki, razılıq BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyan ilə İsrailin xarici işlər naziri Gideon Saar arasında telefon danışığından sonra əldə olunub.

Qəzza zolağında təqribən 15 min mülki vətəndaşın qida ehtiyacının ilk mərhələdə təcili humanitar yardımla qarşılanacağı, Qəzzadakı çörəkbişirməxanaların da yardım çərçivəsində işləməyə davam ediləcəyi bildirilib.

Bildirilib ki, əsas ehtiyaclarla yanaşı, körpəyə qulluq üçün lazım olan kritik ləvazimatlar da təmin ediləcək.

O da həmçinin bildirilib ki, Əl Nəhyan fələstinlilərə humanitar və tibbi yardımın təcili, davamlı, təhlükəsiz və maneəsiz çatdırılmasının vacibliyini bir daha təsdiqləyib. Bildirilib ki, Əl Nəhyan və Saar humanitar atəşkəsin bərpası, atəşkəsin təmin edilməsi və girovların azad edilməsi üçün regional və beynəlxalq səyləri də müzakirə ediblər.

Orxan

Gununsesi.info