Səhhəti ağır olan Hacı Vəliyev ev dustaqlığına buraxılacaqmı?

  • By admin
  • 20 May 2025 12:12

Hazırda həbsdə olan 44 Günlük Vətən. Müharibəsinin qazisi, Gənc Qazilər Birliyinin rəhbəri Hacı Vəliyevin ev dustaqlığına buraxılması üçün yenidən vəsatət verilib.

Bu barədə Gununsesi.info-ya onun vəkili Aqil Layic deyib.

“Gözdən əlil, bir gözü qəlpə yarası nəticəsində yerindən qopan, digər gözü isə cəmi 3 faiz görən, başında qəlpə olan, hazırda Kürdəxanı təcridxanasında saxlanılan Hacı Vəliyevin bütün tibbi sənədlərini əlavə etməklə yenidən ev dustaqlığı verdim”.

Vəkil müvəkkilinə istinadən bildirir ki, Hacı Vəliyevi  Kürdəxanı Təcridxanasında müayinə edən həkim demək olar ki, yoxdur

Vəkil, həmçinin deyib ki, Hacı Vəliyevin  əllilliyinə görə vəsaitin köçürüldüyü Kapital Bank kartına blok qoyulub:

“İstintaq qeyd edir ki, bizim bununla bağlı məhdudiyyət tədbirimiz olmayıb. Kapital Bank məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm”.

Afət Abbasova

Gununsesi.info