
Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Gununsesi.info xəbər verir ki, memorandumu BDU-nun rektoru Elçin Babayev və Abay adına Qazax Milli Pedaqoji Universitetinin rektoru Tilep Bolat imzalayıb.
Memorandum çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1928-ci ildə qoyulmuş Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universiteti ölkədə ilk ali təhsil müəssisəsidir. Universitetdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Universitet “QS World University Ranking”də 671-680-ci pillədə yer alır.