
Hindistanda daxili uçuşlar həyata keçirən təyyarə uçuş zamanı doluya tutulub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hindistanda daxili uçuş zamanı sərnişin təyyarəsi dolu altında qalıb.
Sərnişinlər arasında böyük çaxnaşma yaradan hadisədə təyyarə də zədələnib.
Aviaşirkət məsələ ilə bağlı açıqlamasında təyyarənin təhlükəsiz eniş edə bildiyini bildirib.
CNN xəbər verir ki, IndiGo sərnişin təyyarəsi paytaxt Yeni Dehlidən Hindistanın nəzarətində olan Kəşmir bölgəsinin ən böyük şəhəri olan Şrinaqara gedərkən qəflətən dolu ilə qarşılaşıb.
Normalda təxminən 90 dəqiqə davam edən uçuş zamanı baş verən hadisələrlə bağlı şirkətdən verilən açıqlamada, uçuş və kabin heyətinin lazımi protokollara əməl etdiyi və təyyarənin Şrinaqarda təhlükəsiz eniş edə bildiyi bildirilib.
Təyyarənin zədələndiyi bildirilsə də, aviaşirkətin açıqlamasında təyyarəyə hansı növ zərərin dəydiyi açıqlanmayıb.
Orxan