
Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.
Gununsesi.info Report-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev çalışdıqları müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.
Nəticədə hər iki şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
***
FHN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə barədə quruma müraciət daxil olmayıb.