Gənc oğlan kafedə bıçaqlanıb

  • By Günel
  • 23 Oktyabr 2024 08:36

Bakının Qaradağ rayonunda kafedə dava düşüb.

Gununsesi.info xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Kazımov Nihat Rəşad oğlu iaşə obyektində dava zamanı boyun nahiyyəsindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.

Gununsesi.info