
HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın Qəzza zolağında ölümü İsraillə Fələstin arasında münaqişəyə son qoyacaq.
Gununsesi.info xəbər verir ki, bunu Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd və ölkənin hazırkı vitse-prezidenti Kamala Harris CNN telekanalının axşam efirində deyib.
“Bu gün çox sayda günahsız fələstinli ölüb. İsraillilər və fələstinlilər mövcud münaqişənin iki dövlətli həll yolu ilə təhlükəsiz həyat və bərabər imkanlar hüququna layiqdirlər”– deyə Harris vurğulayıb.
Harris daha əvvəl bildirmişdi ki, Amerika kəşfiyyatı ilə yanaşı, ABŞ xüsusi təyinatlıları da HƏMAS lideri Yəhya Sinvarın izinə düşməkdə İsrailə kömək ediblər.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Yəhya Sinvarın ləğvini girovların azad edilməsi məsələsində “irəliləmək” üçün səbəb adlandırmışdı.
Günay