Gənc oğlan özünü pilləkəndən asdı

Dünən axşam saatlarında paytaxtın Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, saat 19 radələrində Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Emin Sadıxovun meyiti Müzəffər Nərimanov küçəsindəki pilləkəndən asılı halda tapılıb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info