
Ukrayna lideri Zelenski Rusiyanın İran və Şimali Koreya ilə əməkdaşlıq etdiyini deyib və əlavə edib ki, “Rusiya indi İranın nüvə proqramını xilas etməyə çalışır”.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı İranla bağlı tənqid edib.
Gecə paylaşdığı ənənəvi videomüraciətində Zelenski Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələri dəyərləndirib.
İyunun 17-də rusların həyata keçirdiyi hava hücumu nəticəsində Kiyevdə zədələnmiş yaşayış binasına baxış keçirdiyini bildirən Zelenski bu binada 23 nəfərin öldüyünü qeyd edib.
Bunu “terror hücumu” kimi xarakterizə edən Ukrayna lideri deyib: “Ruslar Ukraynaya kütləvi hücumu nəticəsində ümumilikdə 30 nəfəri öldürüb, 172 nəfəri yaralayıb”.
Rusiyanın İran və Şimali Koreya ilə əməkdaşlıq etdiyini bildirən Zelenski, “Rusiya indi İranın nüvə proqramını xilas etməyə çalışır. Onun ictimai siqnalları və ictimai olmayan fəaliyyətləri başqa cür şərh edilə bilməz” deyib.
Orxan