
İngiltərədə itkin düşən 14 yaşlı qızın axtarışları zamanı cəsəd tapılıb. Dorset polisi cəsədin iki gündür itkin düşmüş Meyə aid olduğunu düşünür.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Veymutda itkin düşən gənc qızın intensiv axtarışları zamanı cəsədin tapılması yerli sakinləri matəm içində qoyub.
Polis Meyi sonuncu dəfə İyunun 18-i Çərşənbə günü axşam saat 22 radələrində Köhnə Vağzal yolunda gördüyünü bildirmişdi. Bu gün verilən açıqlamada cəsədin böyük ehtimalla itkin düşən qıza aid olduğu və onun ailəsinə məlumat verildiyi açıqlanıb.
Dorset Polisindən verilən açıqlamada, “Veymutda itkin düşən gənc qızın axtarışında bir cəsədin tapıldığını təəssüflə bildiririk. Cəsədin Meyə aid olduğuna inanırıq. Ölümə şübhəli baxılmır və ölümdən sonra polisə məlumat verilib”deyə bildirilib.
Orxan