
ABŞ məhkəməsi prezident Trampın Milli Qvardiyanın Los-Ancelesə yerləşdirilməsi qərarını qanuni hesab edərək müvəqqəti olaraq qüvvədə saxlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Apellyasiya Məhkəməsi prezident Donald Trampın Kaliforniya Milli Qvardiyasının Los-Ancelesdə yerləşdirilməsi qərarını hələlik qüvvədə saxlamaq qərarına gəlib.
Bu qərar ordudan immiqrasiya siyasətinə qarşı etirazlarla mübarizə aparmaq istəyən Tramp üçün əhəmiyyətli qələbə hesab edilib.
Apellyasiya Məhkəməsinin üç hakimdən ibarət kollegiyasının yekdil qərarı belə nəticəyə gəlib ki, Tramp mühafizəçilərə nəzarətlə bağlı səlahiyyətlərindən qanuni şəkildə istifadə edib.
Tramp sosial media hesabındakı paylaşımında bu qərarı “BÖYÜK QƏLƏBƏ” olaraq səciyyələndirdi və bu qərarın yerli hüquq-mühafizə orqanlarının yetərli olmadığı halda, digər ştatlarda da oxşar yerləşdirmənin tətbiqinə zəmin yaratdığını bildirdi.
Orxan