
Almaniya əhalisinin 2024-cü ildə əvvəlki illə müqayisədə 121 min nəfər artaraq 83,6 milyon nəfərə çatacağı bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ildə əhalinin artımı ilə bağlı məlumatı Almaniya Federal Statistika İdarəsi (Destatis) açıqlayıb.
Müvafiq olaraq, ölkə əhalisi 2024-cü ildə 121 min nəfər artaraq 83,6 milyon nəfərə çatacaq. Beləcə, əhalinin artımı ötən il 338 min nəfər olaraq 2023-cü illə müqayisədə daha aşağı olub.
Almaniya Federal Statistika İdarəsi (Destatis) açıqlamasında bildirib ki, ötən il əhalinin sayının artması Almaniyaya köçən əcnəbilərin hesabına baş verib.
Almaniyada keçən il əcnəbi əhalinin sayı 283 min artaraq 12,4 milyona çatarkən, alman əhalisi 162 min azalaraq 71,2 milyona düşüb. Ən böyük xarici qrupu 1 milyon 403 min nəfərlə türklər, onu 1 milyon 85 min nəfərlə ukraynalılar, 889 min nəfərlə suriyalılar və 771 min nəfərlə rumınlar izləyir.
Günel