
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, hökmə əsasən, Möhyəddin Orucov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Məhkəmə onu narkotik ittihamı ilə təqsirli bilsə də, onun üzərindən satışla bağlı ittihamı götürüb.
Ona istintaq zamanı verilən ittiham maddəsi Cinayət Məcəlləsinin 234.4.3 maddəsindən 234.1.-1 maddəsinə tövsif edilib.
Hökmdən öncə son sözünü deyən 24 yaşlı ictimai fəal ittihamları rədd edib, işçi hüquqlarını qoruduğuna görə həbs edildiyini bildirib.