Bakının bəzi küçələrində sıxlıq var - SİYAHI - FOTOLAR

  • By Günel
  • 25 Fevral 2025 08:23

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

2. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Heydər Əliyev prospekti, köməkçi yol, “Koroğlu” metro stansiyası istiqamətində;

5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Gununsesi.info