
Kolumbiyada bir kişi parik altında gizlədilmiş 10 min avro dəyərində 19 kokain kapsulunu Amsterdama keçirməyə cəhd edərkən polis tərəfindən tutulub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya vətəndaşı parik altında gizlədilmiş kokaini qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edərkən tutulub.
Kolumbiyalı kişi fevralın 20-də Kartaxena şəhərindən Hollandiyanın paytaxtı Amsterdama gedən təyyarəyə minərkən tutulub.
Polisin diqqətini çəkən şəxsin parikinin altına 10 min avro dəyərində 19 kokain kapsul gizlətdiyi bildirilib.
Həbs edilən kolumbiyalı narkotik alveri, istehsalı və daşınması ilə bağlı istintaqa cəlb edilib.
Orxan