Qusarda avtomobil yandı

  • By Günel
  • 25 Fevral 2025 09:25

Qusar rayonunun Yuxarı Ləgər kəndində həyətyanı sahədə ümumi sahəsi 30 m² olan talvarın altında dayanan “Mitsubishi” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, talvar və altında yığılan odun yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info