Sumqayıtda köməksiz vəziyyətdə qalan uşaq xilas olundu

  • By Günel
  • 25 Fevral 2025 08:54

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıtda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gununsesi.info xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalan uşağın xilas olunması təmin edilib.

Gununsesi.info