
Devrilmiş Bəşər Əsəd rejiminin işgəncə mərkəzlərinin Fələstin Şöbəsinin sorğu-sual bölməsindən məsul olan polkovnik Abdulla Nazim Keref Dəməşqdə tutulub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriyadakı təhlükəsizlik qüvvələrinin mənbələrinə görə , devrilmiş rejimin hərbi cinayətkarlarına qarşı əməliyyatlar davam edir.
Rejimin işgəncə mərkəzlərindən biri olan Fələstin Şöbəsinin sorğu-sual bölməsinin rəislərindən biri, işgəncə və qırğınları ilə tanınan polkovnik Keref paytaxt Dəməşqdə təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.
Orxan