
Almaniya təxminən 20 illik fasilədən sonra Şərqi Avropa ölkələrinə NATO-nun döyüş təyyarələri və tanklarını çatdırmaq üçün istifadə edilən neft kəmərinin genişləndirilməsinə yaşıl işıq yandırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Avropa ölkələrini qitənin təhlükəsizliyində tək qoyacağı halda Almaniyanın bu addımı atdığı bildirilir.
NATO-nun artıq Almaniyanın qərbindən keçən boru kəməri Sovet İttifaqı ilə münaqişə vəziyyətində döyüş təyyarələrini təyyarə yanacağı ilə təmin etmək üçün nəzərdə tutulub.
Bu xətt döyüş təyyarələri və təyyarələrini yanacaqla təmin etmək üçün yaradılıb. Rusiya ilə gərginlik artdıqca bu kəmərin genişləndirilməsi gündəmdədir. Soyuq müharibədən qalma bu xəttin Rusiya ilə müharibə olacağı təqdirdə uzadılması nəzərdə tutulur.
Orxan