
Azərbaycanın tanınmış telejurnalisti Vüsalə Səid Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Verilişləri Şirkətinin ( Naxçıvan TV) Xəbərlər Departamentinin rəhbəri təyin olunub.
Gununsesi.info-nun xəbərinə görə, Vüsalə Səid artıq yeni təyinatı ilə bağlı Muxtar Respublikadadır.
Qeyd edək ki, Vüsalə Səid uzun illər AzTV , Lider TV və İTV də çalışıb.
O, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində də vəzifə tutub.
Onu da qeyd edək ki, Naxçıvan TV bu yaxınlarda peyk yayımına çıxacaq.
Gununsesi.info